SON XƏBƏR

Beyləqanda həbs edilən polkovniki buraxdılar

Dekabr 16
11:59 2019
"Beyləqan rayonunda həbs edilən ehtiyatda olan polkovnik Qadir Vəlişov prokurorluğun vəsatəti əsasında azadlığa buraxılıb!”

Modern.az xəbər verir ki, bu barədə Qarabağ Qaziləri İctimai Birliyinin nümayəndəsi Rey Kərimoğlu bildirib.

O, Qadir Vəlişov haqqında açılan cinayət işinin şər-böhtan olduğunun aşkara çıxacağına ümid etdiyini bildirib.

"Aprel döyüşləri”nin iştirakçısı, polkovnik Qadir Vəlişov Beyləqan rayonunda 13 hektar torpaq sahəsi və ferma üstündə yaranmış mübahisəyə görə Cinayət Məcəlləsinin xuliqanlıq (221.3) maddəsi ilə həbs edilmişdi.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook