SON XƏBƏR

Beyləqanda bələdiyyə nümayəndələri üçün seminar təşkil olunub

Fevral 27
16:05 2016
Ədliyyə Nazirliyinin İmişli regional ədliyyə şöbəsinin təşkilatçılığı ilə Beyləqan şəhərində bələdiyyə nümayəndələri üçün seminar keçirilib.
 
AZƏRTAC xəbər verir ki, Beyləqan Rayon İcra Hakimiyyətinin və rayon dövlət arxivinin məsul əməkdaşlarının da iştirak etdiyi seminarda çıxış edən İmişli regional ədliyyə şöbəsinin rəisi Hakim Məmmədov Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi və regional ədliyyə şöbələri tərəfindən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodiki kömək göstərilməsi və fəaliyyətlərinə inzibati nəzarət sahəsində görülən işlər barədə məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.
 
İmişli regional ədliyyə şöbəsinin əməkdaşları Fəxrəddin İbadullayev və İlkin Savalan "Şəffaflığın artırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması”, "Arxiv işinin qanunvericiliyin tələblərinə uyğun təşkili”, "Vətəndaşların müraciətləri haqqında” Qanundan irəli gələn vəzifələr mövzularında seminar iştirakçılarına ətraflı məlumat veriblər. Seminarda İmişli regional ədliyyə şöbəsinin əməkdaşları tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook