"Bəy Mamed” ləqəbli Məmməd İsmayılovun binaları söküləcək? - Bayıldakı yeni evlərlə bağlı iddia
Sentyabr 23
22:08
2016
Bakının Bayıl qəsəbəsində əvvəllər çirkli neft sularının yığıldığı bataqlığın üzərinə torpaq töküb qurudulması ilə inşa edilən hündürmərtəbəli binalar söküləcək
Qlobal.Az veteninfo.az saytına istinadən xəbər verir ki, məlumata görə, ölkədə keçirilmiş 1-ci Avropa Oyunları öncəsi bu binalar milyonlarla vəsait xərclənərək yüksək arxitektura qaydalarına uyğun şəkildə üzlənilib.
Əslən Şərur rayonundan olan, "Bəy Mamed” kimi tanınan iş adamı Məmməd İsmayılovun tikdirdiyi bu beşmərtəbəli binaların, demək olar ki, özülü bataqlıqlar üzərindədir.
Binaların zaman keçdikcə çökdüyü qeyd edilir. Şəhərin ən gözəl sahəsində yerləşməsinə baxmayaraq, bu yaşayış kompleksində demək olar ki, mənzillər sahibsizdir. Bu kompleksdən mənzillər alanlar isə sonradan evlərini şirkətə qaytarıblar.

Son aldığımız məlumata görə, "Bəy Mamed”in milyonlar sərf edib inşa etdiyi bu yaşayış kompleksi tamamilə söküləcək.
Qlobal.az