Bəxtiyar Hacıyev Seçki Məcəlləsini belə pozur (FOTOFAKT)
Yanvar 13
17:13
2020
Bu il fevralın 9-na təyin edilmiş parlament seçkilərində iştirak etmək üçün namizədliyi qeydə alınan bəzi şəxslər təbliğat kampaniyasına start verilməzdən əvvəl sosial şəbəkələrdə özləri haqqında təbliğat xarakterli məlumatlar paylaşırlar.
Qanunvericiliyə əsasən təbliğat-təşviqat prosesi başlamazdan əvvəl namizədlərin hər hansı bir təbliğat xarakterli məlumatlar paylaşması, seçicilərə müraciət etmələri qadağandır (təbii ki, bu qaydalar namizədliyi həə qeydə alınmayan şəxslərə də aiddir).
Təşviqat başlamazdan, hətta namizədliyi qeydə alınmazdan əvvəl təşviqata başlayan şəxslərdən biri də Bəxtiyar Hacıyevdir. 29 saylı Səbail Seçki Dairəsindn namizədliyini irəli sürmüş B.Hacıyev facebook-da təşviqat xarakterli müxtəlif statuslar paylaşaraq Seçki Məcəlləsinin tələblərini pozur, yaxud pozmaq istiqamətində addımlar atır.
Baxmayaraq ki, MSK sədri Məzahir Pənahov da məsələ ilə bağlı namizədlərə xəbərdarlıq edib. O bir neçə gün əvvəl bildirib ki, deputatlığa namizədlər seçkiqabağı təşviqatdan əvvəl sosial şəbəkələrdə təşviqat aparmamalıdır: "Seçkiqabağı təşviqat qanunvericiliyə görə, yanvarın 17-dən başlayacaq. Ondan əvvəl isə təşviqat aparmaq Seçki Məcəlləsinə ziddir”.





