SON XƏBƏR

Bəstəkar icra başçısı və naziri "ağac soyqırımı"nda günahlandırır

Oktyabr 23
07:21 2023
Şikayətçi: "Ağacların kəsilməyinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi icazə verib. İlham Əliyevin "ağacların kəsilməsi qadağandır” tapşırığına məhəl qoyulmur”

Bəstəkar Lalə Cəfərova yaşadığı həyətdə ağacların özəl şirkət tərəfindən qanunsuz kəsilməsinə görə Nizami Rayonu İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyində olsa da, bu qurumlar "ağac "soyqırımı”nı durdurmaq istəmir. 

O, Bakının Nizami rayonunda ağacların kəsilməsindən şikayət edir. 

Şikayətçinin sözlərinə görə, özəl şirkət öz maddi maraqlarını həyata keçirmək üçün ərazidə ağac "soyqırımı” həyata keçirir. Buna da Nizami Rayonu İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi biganə qalır.

"Mən Lalə Cəfərova Tahir qızı Bakı şəhəri, Nizami rayonu Tofik Abbasov 83, mənzil 4 ünvanında yaşayıram. Yaşadığım binanın plana getməsi ilə əlaqədar "Global Engineering & Technology” MMC özəl şirkəti tərəfindən nümayəndələr, 36 ailədən ibarət​ üç binanın sökülməsi ilə əlaqədar, biz sakinlərə artıq bir ildir ki, təzyiq göstərirlər. Bununla əlaqədar mən Az.Respub. Döv. Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin, Memarlıq və Şəhərsalma idarəsinin rəisi Read Qasımovun qəbulunda oldum. 11 may, 2023 ildə mənə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən mənə cavab məktubu gəldi. Məktubun məzmununda adı çəkilən şirkətin rəylər almadığına görə Baş İdarə tərəfindən tikintiyə icazə verilməməsi yazılmışdı. ​Bildirmək istəyirəm ki,​ 19.10.2013 tarixdə bu şirkət tərəfindən bir neçə ağac yenidən kəsildi. Qeyd edim ki, aprel- may aylarında da bir neçə ağac kəsilmişdi. Bu haqda televiziya kanalinda xəbərlərdə də məlumat getdi və bildirildi ki, Ekologiya Təbii Sərvətlər Nazirliyi adı çəkilən şirkəti ağacları kəsdiyi üçün məhkəməyə verib", - Lalə Cəfərova "Poliqon.info"ya deyib.
 
Şikayətçi deyir ki, icra hakimiyyəti ölkə başçısının tapşırığına əməl etmir: "İndi isə ağacların kəsilməsi ilə əlaqədar mən İcra Hakimiyyətinə, Ekologiya Nazirliyinin Ekspert şöbəsi, təhlükəsizlik xidməti, şöbə müdiri Fariz Qasımov və aparıcı müfəttiş Emin Hüseynli ilə telefon əlaqəsi qurdum. Bu qurumların rəsmiləri mənə dedilər ki, ağacların kəsilməyinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi icazə verib. Deməli​, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin "ağacların kəsilməsi qadağandır” sərəncamına heç kəs məhəl qoymur.​ Bu məsələ ilə əlaqədar video materiallar var. Xahiş edirəm ki, bu məsələnin araşdırasınız!”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə "Global Engineering & Technology” MMC şirkətinin Nizami rayonu, Tofik Abbasov 83, ünvanında ağacların qanunsuz kəsməsi ilə bağlı araşdırma apardığını deyib. Lakin araşdırmanın nəticələri barədə əlavə məlumat verilməyib. 

Nazirlik bildirib ki, məsələ araşdırıldıqdan sonra ictimaiyyətə məlumat veriləcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook