Bəşəriyyətin quduz düşməni- Almaniya (VİDEO +18)
İyun 03
00:18
2016
Dünya tarixində saysız- hesabsız müharibələr baş veribdir. Hər bir müharibə özü ilə, ölüm, dağıntılar, xəstəliklər, aclıq, göz yaşı... gətirir. Bu müharibələrin içərisində miqyasına və amansızlığına görə ən dəhşətlisi ötən əsrin ortalarında Almaniyanın bəşəriyyətə, insanlığa qarşı başlatdığı ikinci dünya müharibəsidir.
Bəşəriyyətə, təbiətə və insanlığa qarşı quduzlaşmış nifrətlə alışıb yanan Almaniya ordusunun Polşaya hücuma başladığı 1 sentyabr 1939-cu il müharibənin başlanma tarixi sayılır.
Quduzlaşmış qəsbkar Almaniyanın başlatdığı İkinci dünya müharibəsi çox böyük miqyas alaraq, demək olar ki, bütün qitələri, bütün dövlətləri əhatə etdi.
Bəşəriyyətin bəlası, qara yarası olan quduz Almaniyanın konslagerlərində 27 milyon insan - (bunların 2 milyona yaxını azyaşlı idi) məhv edildi. Umumilikdə isə Almaniyanın başlatdığı ikinci dunya müharibəsində ölənlərin sayı 50 milyondan artıq idi.
Müharibə zamanı 50 milyon məhv edilən insanların 6 milyonu yəhudilər olub. Almanlar tərəfindən körpə uşağından tutmuş qocasına, əlilinə, xəstəsinə kimi 6 milyon Avropa yəhudisi xüsusi amansızlıqla qətlə yetiriliblər.
Youtube sosial şəbəkəsində quduzlaşmış qəsbkar Almaniyanın insanlığa qarşı apardığı dəhşətli soyqrımın bir hissəsini təqdim edirik:
Qlobal.az