SON XƏBƏR

"Bəs "paralel"in "çirkli pulları"?

Mart 29
14:00 2016
Türkiyə baş naziri Əhməd Davudoğlu ABŞ-da həbs olunan Rza Zərrabın həbsi ilə bağlı jurnalistlərə açıqlama verib.

Avropa.info xəbər verir ki, İordaniya səfərindən geri qayıdan Davudoğlu Rza Zərrabın həbsi ilə bağlı "Bütün "çirkli pullar”ın qarşısının alınması ilə bağlı eyni qətiyyəti görmək istərdik” - deyib. 

"Təbii ki, insanın ağlına bu da gəlir. Bu qədər həssas olan hüquq sistemi, bir çox qaranlıq işlərin işində olan ABŞ-da yaşayan Türkiyə Cümhuriyyətinin vətəndaşı və onun ətrafındakı təşkilatlanmaları niyə gündəmə gətirmir? Daha əvvəl "paralel təşkilatlanma”nın ABŞ-dakı pul mənbələri ilə bağlı xeyli istintaq aparılıb. Görəsən bunlara hara getdi? Əsaslı bir şey görmək istərdik. Bütün "çirkli pullar”ın qarşısının alınması ilə bağlı eyni qətiyyəti görmək istərdik”.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook