“Bərpa olunan ərazilərdə birgə işləməyi səbirsizliklə gözləyirik” - İsrail səfiri
Dekabr 21
12:41
2021
"İsrail Azərbaycanın tərəfdaşıdır və biz hazırda bərpa olunan ərazilərdə birgə işləməyi səbirsizliklə gözləyirik”.
Bunu "Report”a açıqlamasında İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.
"Dostluğumuz getdikcə dərinləşir. İsrail biznesi Azərbaycan üçün maraqlıdırlar, ölkəyə daha çox cəlb olunur. İsrail şirkətlərdən biri Zəngilanda fəaliyyət göstərir. Əməkdaşlığımızın bəhrə verəcəyini gözləyirik”, - o qeyd edib.



