SON XƏBƏR

Bərdədə qarayara yayılıb? - VİDEO

Sentyabr 03
18:30 2022
Bərdənin Piyadalar kəndində kütləvi xəstəlik yayılıb. Sakinlərin qarayara xəstəliyinə yoluxduqları iddia olunur.

Bu barədə yerli sakinlər məlumat veriblər. Onların sözlərinə görə, bu səbəbdən kənddə son günlər xəstəxanalara müraciət edənlərin sayı artıb. O da bildirilib ki, vəziyyəti ağır olan bir neçə şəxs müalicə üçün Mingəçevir şəhərindəki ixtisaslaşmış xəstəxanalara göndərilib. Piyadalar kənd bələdiyyəsindən isə bildirilib ki, təşvişə səbəb yoxdur. Rayon Baytarlıq İdarəsinin əməkdaşları da kəndə ezam olublar.

Bərdə Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, bir neçə nəfər xəstəxanaya müraciət edib, hazırda xəstələrin müalicəsi davam etdirilir. Xəstələrdən müayinələr götürülüb, onların dəqiq hansı infeksiyaya yoluxduğu araşdırmalardan sonra məlum olacaq.

Qeyd olunub ki, Qida Təhlükəsizliyi Agentliyi ərazini nəzarətə götürüb, mütəxəssislər araşdırma aparırlar. Heyvanlardan və torpaqdan nümunələr götürülüb. Aparılan laborator araşdırmadan sonra xəstəliyin səbəbi məlum olacaq.
  




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook