SON XƏBƏR

Bərdədə ilk dəfə səs verəcək seçicilərlə görüş keçirilib

Oktyabr 13
17:17 2015
Bu gün Bərdə Peşə Liseyində Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə ilk dəfə səs verən gənclərlə görüş keçirilib.

"Qafqazinfo” xəbər verir ki, Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov ilk dəfə səs verən gəncləri salamlayaraq qeyd edib ki, Azərbaycan Prezidentinin sərancamı ilə 2015-ci il noyabrın 1-də Beşinci çağırış Milli Məclisə seçkilər keçiriləcək. MSK və aidiyyatı dövlət qurumları tərəfindən ölkəmizin tarixində mühüm ictimai-siyasi hadisə olan bu irimiqyaslı tədbirin Azərbaycan Konstitusiyasının və Seçki Məcəlləsinin tələblərinə uyğun, azad və ədalətli şəkildə keçirilməsi üçün lazımi tədbirlər görülür. Aşağı seçki komissiyalarının üzvləri də daxil olmaqla, müxtəlif seçki subyektlərinin maarifləndirilməsi, seçicilərin məlumatlandırılması və onların konstitusion hüquqlarının azad və sərbəst şəkildə təmin olunması üçün müxtəlif tədbirlər həyata keçirilir.Sizlərlə-ilk dəfə səs verən gənclərlə-maarifləndirici görüşün keçirilməsi də məhz bu qəbilədən olan tədbirlərdəndir.

Gənclər və İdman idarəsinin baş məsləhətçisi A.Qasımov seçki tarixindən danışaraq qeyd edib ki, seçki prosesi ədalətli, demokratik, xalqın və sağlam siyasi qüvvələrin təqdir etdiyi seçkilərin keçirilməsinə yönəlib. Ukraynanın Vinnitsa vilayətinin Ukrayna-Azərbaycan gənclər təşkilatının sədri Adil Aydınoğlu çıxış edərək Azərbaycan gənclərinin ölkədən kənarda da öz fəallıqları ilə seçilməsindən danışaraq, gəncləri seçkilərdə daha da mütəşəkkil olmağa çağırıb.
93 saylı şəhər DSK-nın 10 saylı seçki məntəqəsinin katibi Vüsal Məmmədov çıxış edərək seçki prosesinin gedişatından, səsvermə qaydalarından, şəhər üzrə seçki məntəqələrinin harada yerləşməsindən, internet səhifələrində yerləşdirilən seçki saytlarından və internet vasitəsi ilə veb-kameralar olan Məntəqə. Seçki Komissiyasının seçki gedişatının bilavasitə izlənməsinin mümkünlüyündən danışıb
Sonda ilk dəfə səs verən gənclərə seçki ilə bağlı yaddaş kitabçaları və bukletlər paylanıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook