SON XƏBƏR

Bərdə xəstəxanasından şikayət: "O boyda rayon 1 rentgen aparatının ümidinə qalıb”

Avqust 10
00:07 2022
"Artıq 1 ildən çoxdur ki, Bərdə rayonunda kompüter tomoqraf (KT) cihazı və rayon poliklinikasında rentgen aparatı işləmir, digər 1 rentgen aparatı qismən işləyir. Qısası, o boyda rayon 1 rentgen aparatının ümidinə qalıb”. 

Bu barədə ictimai fəal, infeksionist Aydın Əliyev "Feysbuk” hesabında yazıb. 

O bildirib ki, tibbi texnika olmadığından əhali rentgen və KT xidmətindən məhrum olub: "Səhiyyəyə ayrılan bu qədər pullar, əhalidən və müəssisələrdən yığılan bu qədər tibbi sığorta pulları hara gedir?” 

"Toplum TV” sözügedən məsələni dəqiqləşdirmək üçün Bərdə şəhər poliklinikası ilə əlaqə saxlayıb. 

Bərdə rayon poliklinikasının işçiləri kompüter tomoqrafiya apartının işləmədiyini təsdiqləyiblər. 

Bildiriblər ki, aparat bir müddətdir işləmir. Nə zaman işləyəcəyini isə bilmirlər. 

Bərdə Rayon Mərkəzi Xəstəxanasından da oxşar cavab verilib: "Aparatın işləməməsi barədə müvafiq orqanlara müraciət etmişik. Ancaq tomoqrafiya cihazının hissələri tapılmır”. 

Poliklinikanın həkimləri aparatın olmaması səbəbindən xəstələri rayondakı "Ömürdən Pay” klinikasına yönləndirir. 

Bu xəstənada  isə kompüter tomoqrafiyasının qiyməti 60 manatdan başlayır.
 
TƏBİB-in mətbuat xidmətinin rəhbəri Zamirə Ədilovanın açıqlamasına görə, Bərdə Rayon Mərkəzi Xəstəxanasında mövcud olan kompüter tomoqrafiya cihazı 2009-cu ildən fəaliyyətdədir və köhnə versiya diaqnostika cihazı olduğu üçün onun ehtiyat hissəslərinin alınması, eləcə də təmiri çətinlik yaradır.  

"Bu baxımdan yeni cihazın alınması üçün təkliflər hazırlanıb və tender yolu ilə alınması nəzərdə tutulub. Rentgen aparatının da alınması və yenilənməsi ilə bağlı müvafiq işlərin həyata keçirilməsi nəzərdə tutulub”, - deyə Z.Ədilova bildirib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook