SON XƏBƏR

Bərdə bazarında yanğın olub

May 26
08:58 2021
Bərdədə güclü yanğın başlayıb.

"Report”un Qarabağ bürosu xəbər verir ki, hadisə Güloğlular kəndində, "Təzə Bazar" ərazisində qeydə alınıb.

Belə ki, bazarın paltar satışı hissəsində alovlanma baş verib. Yanğın güclü olduğundan alov 10-a yaxın mağazanı bürüyüb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Bərdə Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Bununla yanaşı, Fövqəladə Hallar Nazirliyinin Yevlax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi də köməyə gəlib. Yanğının söndürülməsinə habelə Ağdam, Tərtər rayonlarından da yanğınsöndürmə briqadaları cəlb edilib.

Hazırda yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlər həyata keçirilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook