SON XƏBƏR

"Bəlkə insanlar daha yaxşı yaşayar” – Sərhədin açılmasını istəyən Ermənistan sakini

Fevral 16
12:13 2023
Fevralın 11-də Ermənistandan Türkiyəyə humanitar yardım aparan yük maşınlarının keçməsi sərhəd kəndi üçün əsl hadisəyə çevrilib və sərhədin açılmasının məqsədəuyğunluğu barədə söhbətləri yenidən qızışdırıb.

Ermənistan yazarı David Qalstyan məsələ ilə bağlı Armavir rayonunun Türkiyə ilə həmsərhəd olan Marqara kəndindən reportaj hazırlayıb. O, reportajın əvvəlində kəndə gedən yolu, kəndin özünü təsvir edib. Daha sonra isə kənd sakinlərinin məsələ ilə bağlı münaibətini öyrənib.

"Marqara daxil olan yol keçid məntəqəsinin darvazasında bitir. Darvazanın qarşısında rus sərhədçiləri dayanır. Sərhədin, xüsusən də körpünün, gömrük və sərhədçilərin keçmiş binasının fotoşəkillərinin çəkilməsi qadağandır. Biz gələndə yaxınlıqdakı evlərdən kişilər postun qarşısına toplaşmışdılar. İnsanların niyə bura toplaşdığını soruşduqda, əvvəlcə inamsızlıqla rədd etdilər və "biz davamlı olaraq bura yığışırıq”,- deyə cavab verdilər.

Sirr deyil ki, yük maşınlarının keçməsi ilə bağlı xəbər böyük sürpriz və kənd sakinləri üçün ciddi hadisə olub”,- deyə jurnalist yazıb. Onun sözlərinə görə, son zamanlar yük maşınlarının keçməsi kənddə sərhədin açılmasının məqsədəuyğunluğu barədə söz-söhbətlərə səbəb olub. Lakin elə vətəndaşlar da var ki, radikaldırlar, sərhədin açılması xəbərini belə eşitmək istəmirlər.

""Varlanacağıma əmin olsam da, türkləri burada görmək istəmirəm. Son 30 il onların nəyə qadir olduğunu göstərdi”,- deyə kənd sakinlərindən biri bildirir.

Bir-iki nəfər də onu dəstəkləməyə başladı və deyirlər ki, kənddə əksər insanlar körpünün işləməsini istəmir. Bəziləri isə ümid edir ki, sərhədin açılması kənddə müəyyən aktivlik yaradacaq, insanlara pul qazanmaq imkanı verəcək. Onlar gileylənirlər ki, çox vaxt kənd təsərrüfatı ilə məşğul olmaq sərfəli deyil, kənddə başqa iş yoxdur.

Kənd sakini Kyaram isə deyir: "Bəlkə insanlar daha yaxşı yaşayar, torpağın becərilməsi ilə o qədər də əziyyət çəkməzlər, iş yaranar. Dəqiq deyə bilmərik. Yaxşı da ola bilər, pis də ola bilər".

Digər bir kənd sakini Artak isə bizə bildirir ki, insanların borcu var, kənddə iş yoxdur”,- deyə reportajda qeyd edilib. //Bizimyol.info//


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook