SON XƏBƏR

“Bəlkə də ona uçan metal zirehləri hazırlamağın vaxtıdır” - Mask

İyul 16
10:47 2024
ABŞ-dən olan milyarder İlon Mask keçmiş prezident Donald Trampa sui-qəsd cəhdindən sonra "Dəmir Adam” tipli "metal zireh” istehsal edə biləcəyini bildirib.

"AzPolitika” xəbər verir ki, bu barədə Mask sosial şəbəkə hesabından paylaşım edib.

"Bəlkə də ona uçan metal zirehləri hazırlamağın vaxtıdır”, - deyə iş adamı qeyd edib.

Mask növbəti dəfə Trampı prezident seçkilərində dəstəklədiyini və onun tezliklə sağalmasını arzuladığını bildirib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook