Bələdiyyə sədrinə "stop" qoyula bilər
Noyabr 16
17:51
2023
Suraxanı rayonu, Əmircan qəsəbəsinin bələdiyyə sədri Cəmilə Ağayevanın Azərbaycandan çıxışı məhdudlaşdırıla bilər.
Pravda.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət olunub.
Belə ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Ağayeva Cəmilə Nəzər qızının vergi borcuna görə məhkəməyə ərizə ilə müraciət edərək onun Azərbaycandan çıxışına "stop" qoyulmasını xahiş edib.
İşə hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq.

Məhkəmə ərizəni təmin etsə, bələdiyyə sədrinin Azərbaycanı tərk etmək hüququ müvəqqəti məhdudlaşdırılacaq.
Qlobal.az