"Bələdiyyə sədri məni təhdid edir" - Sabiq deputat

İyun 24
08:49
2025
Nərimanov Rayon Bələdiyyəsinin sədri Təhmiraz Tağıyev sabiq deputat Etibar Əliyevi təhdid edir.
Qlobal.az xəbər verir ki, bu barədə sabiq deputat feysbuk səhifəsində paylaşım edib.

Etibar Əliyev
Etibar Əliyevin paylaşımını ixtisarla təqdim edirik:
"Dostlar! Bu savadsızı və heç nəyə yaramayan manipulyator məxluqu siz də tanıyın: Təhmiraz Tağıyev, Nərimanov Bələdiyyəsinin əbədi sədri.
Mənim günümə baxın.. vaxtilə təkər yamamaqla məşğul olan bir məxluqun indi özünü siyasətə və YAP-a yamamağı ayıbdır. O uydurur ki, guya vaxtilə yaş senzi ilə bağlı Heydər Əliyevi müdafiə edib- amma indi yüz hoqqadan çıxır. Əslində həmin aksiyada o iştirak etməyib. Partiyanın adından istifadə edərək milyonlar qazanıb. Bunların əmlakı müsadirə olunub, Qarabağımızın dirçəlməsinə yönləndirilməlidir. Partiyanın adından istifadə edərək böyük əmlaklara sahibdirlər. Saxta regionçuluq ifşa olunmalıdır. Nərimonov Bələdiyyəsinin sədri kimi bu institutu ən çox gözdən salan belə məxluqlardır. Ayıb olsun!!!
Qərbi Azərbaycan İcması belə tərbiyəsiz və əxlaqsız avantüristlərdən xilas olmalıdır…Nifrətə malik olan belə küçə adamının müqəddəs icmada nə işi var?"
Qlobal.az məsələ ilə bağlı Təmraz Tağıyevdən mövqe öyrənə bilməyib.
Qlobal.az

