“Belə bir vəziyyət NATO üçün böyük səhv olardı” – Rutte
Yanvar 23
14:10
2025
"Biz davam edən müharibənin trayektoriyasını dəyişməliyik və bildiyimiz qədər cəbhə xətti yanlış istiqamətdə, şərqdən qərbə doğru hərəkət edir”.
Rutte Ukraynanın NATO-ya üzvlüyü məsələsinə də toxunaraq, Kiyevi sonda Alyansa daxil etmək əzmində olduğunu təkrarlahıb.
"AzPolitika” xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte deyib.
Ukraynanın məğlubiyyətə uğrayacağı təqdirdə ittifaqın üzərinə çox daha böyük yük düşəcəyinə işarə edən Rutte əlavə edib ki, "Ukrayna uduzsa, NATO-nun çəkindirici gücünü bərpa etmək milyardlarla deyil, trilyonlara avroya başa gələcək”.
Rutte alyans ölkələrinin daha sonra qarşısıalınmaz xərclə üzləşməkdənsə, indidən müdafiə xərclərini və istehsalı artırmalı olduqlarını deyib.
Rutte Ukraynada davam edən müharibəni yalnız bir Avropa məsələsi deyil, Çin, Şimali Koreya, İran və Rusiya kimi ölkələrin iştirak etdiyi qlobal geosiyasi mübarizə olaraq səciyyələndirərək əlavə edib: "Biz 21-ci əsrdə bir ölkənin digərini işğal etməsinə və müstəmləkə olmasına icazə verə bilmərik. O günləri geridə qoyduq. Pis razılaşma Rusiya prezidentinin Şimali Koreya, İran və Çin liderlərinə "beşlik” verməsi deməkdir. Belə bir vəziyyət NATO üçün böyük səhv olardı”.