"Belə bir addım atmaq üçün Gürcüstanın imkanı olmayacaq" - Asim Mollazadə
Oktyabr 13
12:02
2015
Ötən ay Tiflisdə bir çox məsələlərin həllinə görə qapalı konfrans keçirilib. Konfransda müzakirə olunan məsələlərdən biri də İran qazının Gürcüstana nəqli imkanları olub.
Konfransdan sonra Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirib ki, Gürcüstanın qazla təchizatında əsas pay Azərbaycana aiddir. Lakin biz təchizat mənbələrimizi diversifikasiya etməliyik. Bu məqsədlə İran və Rusiya ilə danışıqlar aparırıq.
Kaladzenin açıqlamasının ertəsi günü baş nazir İrakli Qaribaşvilinin tələm-tələsik Azərbaycana gəlməsi, Bakıda prezident İlham Əliyevlə üç saatlıq danışıq aparıb. Bu danışıqlardan sonra isə Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstana səfər edəcəyi ilə bağlı rəsmi məlumat yayıldı.
Bəs Gürcüstanın Azərbaycan qazından imtina edərək Rusiya və İranla qaz danışıqları aparması hansı məqsəd daşıyır və Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biri olan Gürcüstanın Rusiya və İrandan qaz almaq niyyətinin arxasında ABŞ və Avropa Birliyinin Azərbaycana təzyiq etmək məqsədi dura bilərmi?…
Millət vəkili, Azərbaycan Dmokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə isə Gürcüstanın belə bir addım atmaq üçün imkanı olacağına inanmır və sadəcə qiymətlərə təsir etmək üçün Gürcüstan rəhbərliyi belə bir manevrlər edir:
"Mən düşünmürəm ki, belə bir addım atmaq üçün Gürcüstanın imkanı olacaq. Dünyadakı rəqabəti nəzərə alsaq deyə bilərik ki, bu rəqabətə Azərbaycan hazırdır. Mən inanmıram ki, Rusiya mütəmadi olaraq aşağı qiymətlərlə Gürcüstanı qazlı təmin edə bilər.
Əslində Rusiyanın məqsədi Gürcüstandakı imkanlardan istifadə edərək, Gürcüstan üzərindən Ermənistana qaz çatdırmaqdır. Bildiyimiz kimi, Gürcüstanda Rusiyadan qaz almaq məsələsinə çox ciddi ictimai təzyiqlər var və xalq bu proseslərə öz etirazını bildirir. İrandan Gürcüstana qaz çatdırmaq üçün texniki imkanlar da yoxdur. Bu məsələ hansısa ölkələrin təzyiqləri də deyil. Çünki ABŞ-da, Avropa da çox maraqlıdır ki, Azərbaycanın qaz layihələri işləsin və Gürcüstan üzərindən Türkiyəyə, eləcə də gələcəkdə Avropaya Azərbaycan qazı zəruri həcmlərdə çatdırıla bilsin. Onun üçün mən belə hesab edirəm ki, qiymətlərə təsir etmək üçün Gürcüstan rəhbərliyi belə bir manevrlər edir. Ancaq bu manevrlər heç bir hansısa bir müsbət dəyişikliklər vəd vermir”.