SON XƏBƏR

Belarusun kənd təsərrüfatı naziri Rusiyanı ittiham etdi

İyun 11
14:04 2018
Belarusun kənd təsərrüfatı və qida naziri Leonid Zayats Rusiyanın baytarlıq və fitosanitar nəzarəti üzrə federal xidmətini ("Rosselxoznadzor") Belarus müəssisələrinə qarşı qərəzli olmaqda ittiham edib.

Məmur ONT telekanalına müsahibəsində deyib ki, çox güman ki, "Rosselxodnadzor" Belarus müəssisələrinin istehsal etdiyi məhsulların laboratoriya nəticələri saxtalaşdırır.

Nazir əlavə edib ki, Belarus tərəfi öz mövqeyini ciddi şəkildə müdafiə etməli və Rusiya ilə qarşılıqlı əməkdaşlıq yaratmalıdır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook