Belarusda xalq ayağa qalxdı - 800 aksiyaçı saxlanıldı
Fevral 28
16:14
2022
Bazar günü, fevralın 27-də, Belarusda Ukraynadakı müharibəyə etiraz edən 800-ə yaxın etirazçı saxlanılıb.
Məlumatı Belarus Daxili İşlər Nazirliyi yayıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, icazəsiz müharibə əleyhinə aksiyalar "təxribatdır” və "ictimai asayişi kobud şəkildə pozur”. Faktla bağlı cinayət işi açılıb.