SON XƏBƏR

Belarus broylerlərini “kənd toyuğu” adı ilə satan şirkətin daha bir nöqsanı aşkarlandı - TƏFƏRRÜAT

İyul 11
20:57 2024
"AFM Construction" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) valyuta tənzimi qaydaları ilə bağlı qanunvericiliyin tələblərindən birini pozduğu aşkarlanıb.

İqtisadiyyat.az xəbər verir ki, buna görə də Azərbaycan Mərkəzi Bankı şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən cərimə protokou tərtib edib.

Həmin maddədə deyilir ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir

İş Suraxanı Rayon Məhkəməsində hakim Nərminə Rzayevanın sədrliyi ilə araşdırılacaq.

Hakim iddianı təmin edərsə, şirkəti külli miqdarda cərimə gözləyir.

Qeyd edək ki, "AFM Construction” MMC-nin fəaliyyətində bundan əvvəl də nöqsan aşkarlanıb. Ötən il Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçıların aldadılmasının qarşısının alınması və hüquqlarının müdafiəsi məqsədilə MMC-də plandankənar yoxlamalar aparıb. Yoxlamalar zamanı "AFM Construction” MMC-nin Belarusdan idxal etdiyi ikinci sort toyuq məhsullarının "kənd toyuğu” adı altında satışının həyata keçirdiyi üzə çıxıb. Buna görə də "AFM Construction” MMC-nin vəzifəli şəxsi barəsində inzibati tənbeh tədbiri görülüb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook