SON XƏBƏR

Bej Kitab: Güclü dollar ABŞ-ın ixracına mənfi təsir göstərir

Mart 03
12:18 2016
ABŞ Mərkəzi Bankı Fedin "Bej Kitab" hesabatına görə, bir çox bölgədə iqtisadi fəallıq yaxşılaşıb.
 
ABŞ-ın 12 bölgəsindən 7-sində iqtisadiyyatın mülayim sürətlə böyüdüyü qeyd olunub.
 
Hesbatda güclü dollar və qlobal təlatümlərin ABŞ-ın ixracına mənfi təsir göstərdiyi qeyd edilib, məşğulluq bazarı şərtlərinin isə yaxşılaşmaqda davam etdiyi vurğulanıb. Kanzas City, Richmond və Atlanta bölgələri maaş artımlarının "üfüqi" qaldığını açıqlayıb.
 
Yenə hesabata görə, çox bölgədə istehlakçı xərcləri artarkən, avtomobil satışları da yüksək səviyyələrdə qalıb.
 
Bej Kitabda yer alan təhlillər, pul siyasətini müəyyənləşdirən Fed-in Federal Açıq Bazar Komitəsi tərəfindən (FOMC) istifadə olunur. Federal Açıq Bazar Komitəsinin üzvləri 2 həftə sonra iqtisadiyyatın görünüşü və faiz artımını qiymətləndirmək üçün toplanacaq.
 
Son məşğulluq, istehlakçı xərcləri və inflyasiya göstəriciləri ümumi mənada müsbət olsa da, qlobal inkişaf və maliyyə volatilliyinə dair narahatlıqlar bu ay faiz artırımı gözləntilərini azaldıb.
 
İnvestorlar 15-16 Martdakı iclasda faizlərin artırılması ehtimalını 12% kimi görürlər.
 
Marja



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook