SON XƏBƏR
  • "Vüsal 300" ev dustaqlığına buraxıldıBir müddət əvvəl həbs edilən "Vüsal 300" kimi tanınan iş adamı Abbasov Vüsal Şirvan oğlu ev dustaqlığına buraxılıb. "Report"un əldə etdiyi xəbərə görə, bu barədə Xətai rayon Məhkəməsi qərar verib. ..
  • Əlisəmid Kür vəfat etdiŞair Əlisəmid Kür (Cəfərli) vəfat edib. Bu barədə APA-ya şairin ailə üzvləri məlumat veriblər. Ailəsinin bildirdiyinə görə, o, bu gün yaşadığı evdə dünyasını dəyişib. Qeyd edək ki, səhhətində..
  • Şərurlu İsfəndiyar kabinetində gizli çəkiliş edib - VİDEOMəşhur iş adamı şərurlu İsfəndiyarla bağlı qalmaqallı iddia ortaya atılıb. Qlobal.az xəbər verir ki, onun APA TV-nin əməkdaşlarını gizli şəkildə çəkərək kanalı təhdid etdiyi bildirilib. İddiaya ..
  • Nizami rayonunda ağacı hasarlayaraq MİS-ə anbar tikilib - VİDEOBakının Nizami rayonu, Nəsimi küçəsi 37 ünvanında ağacı hasara alaraq anbar tikiblər. Əvvəlcə ağacın ətrafını armaturla toxuyub, sonra daşla hörüblər. Xezerxeber.az-ın məlumatına görə, bununla b..
  • "Qarabağ" klubu dünya reytinqində daha 14 pillə irəliləyib"Qarabağ" klubu dünya reytinqində daha 14 pillə irəliləyib. Bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb. 171 xalı olan Azərbaycan ..
  • Fransanın Baş naziri yeni hökuməti formalaşdırıbFransanın Baş naziri Sebastyen Lekornyu yeni hökuməti formalaşdırıb. "Report"un xəbərinə görə, bu barədə BFMTV telekanalı Yelisey sarayına istinadən məlumat yayıb. Jan-Noel Barrot xarici işl..
  • "İsraili təhlükəsizlik sınaqları gözləyir" - Netanyahuİsrail hələ də təhlükəsizlik sınaqları ilə üzləşir, bəzi düşmənləri yenidən hücum etmək üçün bərpa olunmağa çalışırlar. "Report"un xəbərinə görə, yəhudi dövlətinin Baş naziri Binyamin Netanyahu ..
  • Azərbaycanlı pianoçu Londonda solo konsertlə çıxış etdiBeynəlxalq müsabiqələr laureatı və Prezident təqaüdçüsü Vüsalə Babayeva London Transport Muzeyində növbəti dəfə solo konsert proqramı ilə çıxış edib. AZƏRTAC xəbər verir ki, Vüsalə Babayeva konsert..
  • Rəsul Quliyevin ailəsi 30 ildən sonra Bakıda (FOTO)Milli Məclisin sabiq sədri Rəsul Quliyevin ailəsi 30 ildən sonra ilk dəfə Bakıya gəlib. "Qafqazinfo” xəbər verir ki, bu barədə sabiq spikerin qızı Xanım Hənna feysbuk hesabında məlumat yayıb. O ..
  • Prezident Misirə getdiPrezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün oktyabrın 12-də Misirə işgüzar səfərə gəlib. ..

Bəhruz Məhəmmədov ictimayyətə yalan məlumat verdi - Zaqatalada Prokurorluq cinayət işi açdı

Fevral 24
14:43 2025

Daxil olmuş məlumatlar əsasında Zaqatala rayonu ərazisində ağacların qanunsuz olaraq kəsilməsi faktı ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.2.3-cü (qanunsuz olaraq ağac kəsmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

XALQ.AZ xəbər verir ki, bu barədə Baş Prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə məlumatında vurğulanıb.

Bildirilir ki, ilkin istintaq-əməliyyat tədbirləri ilə Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolu üzərində yerləşən 1100-dən çox ağacın təhlükəsizlik məqsədi ilə budanması işləri çərçivəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Qudayev Muhuma Məmmədəli oğlunun başqa şəxsin adından "14 nömrəli Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Paşayev Rüstəm Kamal oğlu ilə müqavilə bağlayaraq 15-16 fevral 2025-ci il tarixlərində həmin ərazidə ümumilikdə 140 ədəd ağacı qanunvericiliyə zidd formada, 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ekoloji tələblərinə riayət etmədən budayaraq zərər yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Belə ki, sözügedən işlər müvafiq təcrübəyə malik olmayan şəxslər tərəfindən, bir çox ağacların alt yarus budaqları götürülməklə və estetik görünüşü korlanmaqla həyata keçirilmiş, bu işlərdə aidiyəti nəzarət təşkilatlarının iştirakı təmin edilməmişdir.

media-82

İstintaq zamanı Muhuma Qudayevə məxsus olan 4 obyektə baxış keçirilərək budanmış ağacların hissələri aşkar olunub saxlanca verilib.

Qeyd edilənlərlə əlaqədar "14 nömrəli Yol İstismarı” MMC-nin direktoru Rüstəm Paşayev, 8 saylı "Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC-nin direktoru İlham Namazov, Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Maqov kəndi üzrə inzibati ərazi nümayəndəsi Rəcəb Davudov tutduqları vəzifədən azad edilmiş, müvafiq nəzarət tədbirlərinin həyata keçirilmədiyinə görə 7 saylı RETSİ-nin rəisi əvəzi Anar Süleymanov və həmin idarənin məsləhətçi-müfəttişi Əfqan Şibiyev vəzifələrinin icrasından kənarlaşdırılmışdır.

Hazırda Zaqatala rayonu ərazisində baş vermiş digər qanunsuz ağac kəsmə faktlarının müəyyən edilməsi istiqamətində ibtidai istintaq tədbirləri davam etdirilir.

Nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.

Qeyd edək ki, ötən gün  məsələ ilə bağlı mətbuata açıqlamasında Ekologiya Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov bildirib ki, sözügedən ərazidə ağacların kəsilməsinə səbəb yolun kənarındakı qovaq ağaclarının insanların və avtomobillərin hərəkətinə təhlükə yaratmasıdır:

"Zaqatala rayonunda avtomobil yolunun kənarında mövcud olan qovaq ağaclarının insanların və avtomobillərin hərəkətinə təhlükə yaratması ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və Zaqatala Rayon İcra Hakimiyyətinin müraciətləri əsasında "14 №-li Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həmin ağacların budanması təmin edilib. Budama işlərinin qanunvericiliyə uyğun aparılıb-aparılmaması, bu zaman hansısa prosedur pozuntularına yol verilməsi və gələcəkdə ağacların bioloji inkişafına təsir edib-etməməsi ilə bağlı hazırda yerində müvafiq araşdırma aparılır deyə açıqlamasında bildirmişdir.

media-hikm

Qeyd edək ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi  Hikmət Əlizadədir.

 

Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook