SON XƏBƏR

Bəhreyn İranla hava əlaqəsini dayandırıb

Yanvar 05
21:29 2016
Bəhreyn İranla hava əlaqəsini dayandırdığını elan edib.
 
APA-nın "Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Bəhreyn televiziyası məlumat yayıb. Qeyd edək ki, yanvarın 4-də Bəhreyn İranla diplomatik əlaqələri kəsib.
 
Bundan öncə Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələri kəsdiyini bəyan edib. Tehranla Ər-Riyad arasındakı münasibətlərin gərginləşməsinə səbəb şiə din xadimi, vaiz Nimr ən-Nimrin Səudiyyə Ərəbistanında edam edilməsi olub.
 
Onu da əlavə edək ki, Bəhreyn İranla diplomatik əlaqələri kəsdiyini bəyan etdikdən sonra Birləşmiş Ərəb Əmirlikləri Tehranla diplomatik təmsilçilik səviyyəsini aşağı saldığını açıqlayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook