BƏƏ Rusiyaya dəvə südü satacaq
Oktyabr 21
13:15
2015
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Rusiya bazarını süd məhsulları ilə, o cümlədən dəvə südü ilə təchiz eləmək niyyətindədir.
Qlobalinfo.az Musavat.com-a istinadən xəbərə verir ki, bu barədə ikitərəfli işçi qrupunu məlumatında deyilir.
Bundan əlavə, BƏƏ Rusiyaya balıq və ət məhsulları da satmaq fikrindədir. Öz növbəsində Rusiya qarşı tərəfə mal və quş əti təklif edəcək. Donuz ətində islam ölkəsi bəlli səbəblərdən maraqlı deyil.
Maraqlıdır, iki ildir beynəlxalq sanksiyalar altında olan rusiyalılar dəvə südünü öz qida rasionlarına daxil edəcəklərmi?



