SON XƏBƏR

"Bazarlarda qiymətlər dözülməz dərəcədə bahadır" - Vahid Əhmədov

Mart 16
16:54 2021
Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Vahid Əhmədov bazarlarda ərzaq və qeyri-ərzaq məhsullarının dözülməz dərəcədə baha olmasından şikayətlərnib.

"AzPolitika.info" xəbər verir ki, deputat qiymətlər gündən-günə artmasında şikayətlənərək vurğulayıb ki, bu daha çox subyektiv amillərlə bağlıdır.

V. Əhmədov təklif edib ki, qiymət artımının qarşısını almaq üçün dövləti xüsusi tədbirlər işləyib hazırlamalıdır. 

"Qiymət artımı çox ciddi problemlər yarada bilər. Bu gün bazarda inhisarçılıq və monopoliya var. Rəqabət Məcəlləsi qəbul edilməlidir. Bu Məcəllənin qəbul edilməsi Azərbaycanda həm qiymət siyasətinə, həm də bazarda rəqabətə dəstək olacaq. Bunun qəbulunu tezləşdirməliyik”-deyə, millət vəkili bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook