SON XƏBƏR

Bayramlarla əlaqədar ardıcıl 4 gün iş olmayacaq

Noyabr 03
10:07 2025
Noyabrda ardıcıl dörd gün iş olmayacaq.

Qlobal.az-ın məlumatına görə, 8 Noyabr – Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Bu il hər iki tarix şənbə və bazar günlərinə təsadüf etdiyindən, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin qərarına uyğun olaraq, 10 və 11 noyabr tarixləri də qeyri-iş günü elan ediləcək.

Beləliklə, noyabrın 8-dən 11-dək - dörd gün ardıcıl qeyri-iş günü olacaq.

Qeyd edək ki, 12 Noyabr Konstitusiya Günü və 17 Noyabr Milli Dirçəliş Günü olsa da, bu tarixlər iş günü hesab olunur.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook