SON XƏBƏR

Bayram Səfərov alman turistlərin qaçqınlara verdikləri maşınları "əridir"

Fevral 06
17:16 2016
Bakıda keçirilmiş "Eurovision-2012” mahnı müsabiqəsindən dörd ilə yaxın bir vaxt ötür. Uzun bir zaman keçməsinə baxmayaraq "Eurovision-2012”də alman turistlərin azərbaycanlı qaçqınlara bağışladığı maşınların taleyi qaranlıq olaraq qalır.
 
Yarışmaya gələn alman turistlər Azərbaycanı tərk edərkən gəldikləri 240 ədəd avtomobili qaçqınlara hədiyyə olaraq qoyub, getmişdilər. Lakin bu maşınlar qaçqınlara verilmədi və bir kənara atıldı. Həmin alman turistlər "Allgeau-Orient” avtorallisinin iştirakçıları idilər. Bu ralliyə 20 ölkədən 111 komanda və 355 avtomobil qoşulmuşdu.
 
Onlar Almaniyanın cənubundakı Oberstaufen şəhərindən Bakıya qədər 9000 km məsafəni qət edərək dünyanın ən böyük avtomobil yürüşünü keçirmiş, Oberstaufen şəhərindən aprelin 28-də başladıqları avtorallini Qobustanda başa vurmuşdular. Qayıdanda isə maşınların 240-nı azərbaycanlı qaçqınlara bağışladıqlarını bəyan etmişdilər.
 
Bu maşınlar indi Binəqədidə dayanacaqlardan birində saxlanılır. Musavat.com xəbər verir ki, maşınların sayı əvvəl 240 olsa da artıq onlardan bir hissəsi "yoxa çıxıb”. Avtomobillərin taleyi haqda 2 il əvvəl də yazmışdıq. O zaman maşınların sayı indikindən çox idi.
 
Həmin maşınların hara aparıldığını, taleyinin necə olduğunu isə, heç kim bilmir. Qeyd edək ki, bu maşınların qaçqınlara verilməməsinin səbəbi kimi onların gömrük rüsumu ilə ("rastamojka”) bağlı probleminin olması göstərilirdi. Bu məsələdə qaçqınlara heç bir güzəşt edilmədi.
 
Maşınların saxlanıldığı avtodayanacaq dövlətə məxsusdur. Dayanacağın nəzarətçisi maşınların hamısının yerində olduğunu deyir. Yaşlı nəzarətçi bundan sonra isə onların hara aparılacağı haqda məlumatsızdır.
 
Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti də maşınlardan xəbərsiz olduğunu və onlara heç bir aidiyyətinin olmadığını deyir.
 
Maşınlar fotolardan da göründüyü kimi bir kənara atılıb. Artıq 4 ildir avtodayanacaqda saxlanılan avtomobillər yararsız vəziyyətə düşüb.
 
Musavat.com
 








Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook