SON XƏBƏR

Baydenin reytinqində yeni antirekord

Dekabr 19
09:40 2023
ABŞ prezidenti Co Baydenin reytinqi ölkədə yüksək qiymətlərlə bağlı narahatlıqlar və Meksika ilə sərhəddə təhlükəsizlik problemlərinə görə yeni rekord həddə düşüb. Bunu Monmut Universitetinin sorğusunun nəticələri göstərib.

Belə ki, respondentlərin yalnız 34%-i ABŞ liderinin hərəkətlərini bəyəndiyini bildirib.

Müqayisə üçün qeyd edək ki, Bayden vəzifəyə gələndə bu rəqəm 54% olub. Bundan əlavə, ABŞ sakinlərinin üçdə ikisindən çoxu prezidentin inflyasiya və immiqrasiyaya yanaşmasını bəyənmir.

On amerikalıdan yalnız üçü Baydenin onlar üçün ən vacib olan məsələlərə diqqət yetirdiyini söyləyib.

Sorğuya əsasən, respondentlərin yalnız 12%-i maddi vəziyyətlərinin yaxşılaşdığını, 44%-i isə olduqları səviyyədə qalmaq üçün mübarizə apardıqlarını qeyd edib.

Telefon sorğusu noyabrın 30-dan dekabrın 4-dək aparılıb və sorğuda 803 nəfər iştirak edib. (Mənbə: iz.ru)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook