“Baydeni razı salmağa çalışırlar ki, İrana zərbə endirsin” - “Washington Post”
Oktyabr 26
12:47
2023
"Ağ Evin rəhbəri Co Baydeni razı salmağa çalışırlar ki, Yaxın Şərqdəki ABŞ bazalarına hücumlarına görə İran rəhbərliyinə zərbə endirsin, lakin lider hələ ki bundan şübhə edir”.
Qeyd edilib ki, bir neçə gün ərzində Vaşinqton İraq və Suriyadakı obyektlərinə hücumlarla üzləşib. ABŞ rəsmilərinin fikrincə, bu hücumlar İranın dəstəklədiyi hərəkatlar tərəfindən edilir. Nəşrin məlumatına görə, hücumlar nəticəsində 24 ABŞ hərbçisi yaralanıb.
"Washington Post”un məlumatına görə, prezidentə ilk növbədə regionda ABŞ qüvvələrini genişləndirmək istəyən respublikaçılar tərəfindən təzyiq edilir. Onların mövqeyini təqaüddə olan general Cozef Votel də dəstəkləyir. (Mənbə: MK.ru)
Bunu "Washington Post” nəşri yazıb.
Bununla əlaqədar olaraq, mənbənin qeyd etdiyi kimi, Baydeni Tehranı vurmağa razı salmağa çalışırlar. Eyni zamanda bildirilir ki, Bayden daha əvvəl İran nümayəndələrinə xəbərdarlıq edib və ABŞ infrastrukturuna hücumlar davam edərsə, "cavab verəcəklərini” deyib.