Bayden Ukraynaya yardım üçün Konqresdən 100 milyard dollar istəyəcək
Oktyabr 09
09:58
2023
ABŞ prezidenti Co Bayden Konqresə Ukraynaya 100 milyard dollar dəyərində tarixdə ən böyük hərbi və humanitar yardım paketini razılaşdırmağı təklif edəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə The Telegraph yazır.
ABŞ dövlət başçısı Kiyevə dəstək problemini növbəti prezident seçkilərinə qədər həll etmək istəyir, çünki Respublikaçılar partiyasının bəzi nümayəndələri bu məqsədlər üçün vəsait ayrılmasına qarşı çıxırlar.
"Böyük paket” konsepsiyası administrasiyanın bir çox üzvləri tərəfindən güclü şəkildə dəstəklənir. Ukrayna tərəfdarları bunun 2024-cü il prezident seçkilərinə qədər məsələ ilə məşğul olmamaq üçün birdəfəlik qanun layihəsi olmasını istəyirlər”, - Ağ Evə yaxın mənbə bildirib.
Bayden administrasiyasının nümayəndəsi bu variantın nəzərdən keçirildiyini təsdiqləyib, lakin ABŞ Nümayəndələr Palatasının yeni spikeri seçilməmişdən əvvəl qərarın verilməyəcəyini qeyd edib. Əvvəlki sədr respublikaçı Kevin Makkarti oktyabrın 3-də vəzifəsindən azad edilib.
Nəşrin yazdığına görə, bəzi respublikaçılar Ukrayna üzrə "vahid” xərclər qanun layihəsinə qarşı çıxacaqlar, bununla əlaqədar Bayden yeni spikerin bu məsələni səsverməyə çıxarması üçün sərhəd nəzarəti və sağçı mühafizəkarların digər tələblərində güzəştə getməli olacaq.
Maksimum dəstək əldə etmək üçün Bayden Kiyevə yardımın davam etdirilməsinin vacibliyinə dair çıxış edəcək. Nəşrin həmsöhbətinin sözlərinə görə, prezident "Ukraynanı dəstəkləməyin nə üçün bu qədər vacib olduğunu və təhlükənin nə olduğunu anlamaq üçün Amerikanı birləşdirmək” niyyətindədir. Hələlik çıxışın nə vaxt olacağı bəlli deyil, lakin çox güman ki, bu, Nümayəndələr Palatasının yeni sədri seçildikdən sonra baş tutacaq.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp və respublikaçıların prezidentliyə daha iki aparıcı namizədi Baydeni Ukraynaya yardıma görə dəfələrlə tənqid edərək, pulun daxili prioritetlərə xərclənməsinin lazım olduğunu vurğulayıblar.