Bayden seçki kampaniyası üçün rekord məbləğdə ianə toplayıb
İyul 02
14:42
2024
ABŞ Prezidenti Co Bayden və onun Demokrat müttəfiqləri ikinci rübdə seçki kampaniyası çərçivəsində 264 milyon dollar ianə toplayıb.
"AzPolitika” xəbər verir ki, bu məbləğ Baydenin Trampla o qədər də qənaətbəxş hesab olunmayan debatından sonra nüfuzunun aşağı düşməsi fonunda yaxşı nəticə kimi qəbul olunub.
Sözügedən vəsaitin noyabrda baş tutacaq prezident seçkiləri zamanı 200-dən çox ofis və 1000-dən çox işçi üçün xərclənəcəyi deyilir.
Məlumata görə, bu məbləğin 127 milyon dolları iyun ayında toplanıb. Bildirilir ki, ikinci rübdə ianələrin 95%-i 200 dolların altında olub. Bu, kampaniyanın orta amerikalılar tərəfindən geniş dəstəyə malik olduğunu və imkanlı şəxslərin Baydenə həddən artıq etibar etmədiyinin göstəricisidir.