Bayden Rusiyanın Ukraynadakı hərəkətlərini ilk dəfə olaraq soyqırım adlandırıb
Aprel 13
11:05
2022
ABŞ Prezidenti Cozef Bayden Rusiyanın Ukraynadakı hərəkətlərini ilk dəfə olaraq soyqırım adlandırıb.
"Report”un məlumatına görə, bu barədə CNN xəbər verib.
O, Ayova ştatında çıxışı zamanı deyib ki, amerikalıların büdcəsi diktatorun başqa ölkədə soyqırım törədib etməməsindən asılı olmamalıdır.
"Sizin ailə büdcəniz, çəninizi doldurmaq qabiliyyətiniz, bütün bunlar diktatorun müharibə elan edib-etməməsindən və dünyanın yarısı üçün soyqırım törətməsindən asılı olmamalıdır”, - Prezident bildirib.