Bayden: “İqlim dəyişikliyi ABŞ-ı və dünyanı təhdid edir”
Sentyabr 08
03:20
2021
Hazırda iqlim dəyişikliyi Birləşmiş Ştatlar kimi həm də bütün dünyanı təhdid edir.
"Report” CNN-ə istinadən xəbər verir ki, bu barədə "İda" qasırğası zərərinin qiymətləndirilməsi üçün ölkənin şimal-şərqinə səfərin gedişatında ABŞ prezidenti Cozef Bayden bildirib.
"Biz alimləri, iqtisadçıları, milli təhlükəsizlik üzrə ekspertləri dinləməliyik, onlar hamısı deyirlər ki, ölkə və dünya təhlükədədir", - Nyu-Yorkun Kuins rayonunda çıxış edən Ağ Ev rəhbəri deyib.
"İqlim dəyişikliyi bizim həyatımız, iqtisadiyyatımız üçün təhlükə təhdid edir və bu təhlükə artıq gəldi, yaxşı olmayacaq", - Bayden qeyd edib.
Onun fikrincə, indi təkcə zərər dəymiş və ya dağıdılmış infrastrukturu bərpa etmək lazım deyil, həm də ölkədə baş verən fövqəladə hadisələri nəzərə alaraq, yeni obyektlər inşa etmək lazımdır.



