Bayden G20 sammitini yüksək qiymətləndirib
Noyabr 01
01:23
2021
ABŞ Prezidenti Cozef Bayden G20 sammitinin pandemiya, iqtisadiyyatın bərpası və iqlim böhranı ilə mübarizədə irəliləyiş əldə etdiyini bildirib.
"Report” xarici mətbuata istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə sammitdən sonra İtaliyanın paytaxtı Romada keçirilən mətbuat konfransında danışıb.
"Bu, böyük qlobal çağırışlarla əlamətdar olan, pandemiyanın kritik olduğu, iqtisadi bərpanın və iqlim böhranı ilə mübarizənin davam etdiyi çətin bir il oldu.
Bayden qeyd edib ki, sadaladıqları problemlərin həlli ABŞ-ın əsas hədəflərindəndir.



