SON XƏBƏR

“Bayden ayətullahlara sonuncu dəfə xəbərdarlıq edib” – “Livan, Suriya, İraq parçalanacaq...”

Oktyabr 27
13:50 2023
İsrailin hərbi hava qüvvələrinə məxsus F-16 qırıclarının raket zərbəsindən sonra Suriyanın Dəməşq və Hələb hava limanları istifadəyə yararsız vəziyyətə düşüb. Bu gün isə ABŞ-a məxsus F-16-ların Suriya ərazisinə zərbə endirdiyi haqqında xəbərlər yayılıb.

Pentaqonun yaydığı məlumatda Suriya ərazisindəki İrana məxsus silah-sursat anbarlarına zərbə edirildiyi qeyd edilir. Müdafiə naziri Llyod Ostin bu əməliyyatın Prezident Co Baydenin göstərişi ilə həyata keçirildiyini bəyan edib.

"The Washington Post” qəzeti yazır ki, Bayden administrasiyanın yüksək rütbəli nümayəndələri Prezidenti İran rəhbərliyinə qarşı əməliyyat keçirməyə razı salmağa çalışır. Co Bayden İran rəhbərliyini xəbərdar edib ki, ABŞ-ın bölgədəki qüvvələrinə qarşı hücum olsa, sürətli və sərt cavab verəcəklər.

Xəbərləri şərh edən politoloq Xəqani Cəfərli bildirir ki, İsrailin və ABŞ-ın Suriya ərazisində həyata keçirdiyi hava hücumu İranın logistika sisteminin sıradan çıxarılması prosesinin başladığı haqda qənaət yaradır. Onun sözlərinə görə, düşmənin logistika sisteminin sıradan çıxarılması ABŞ-ın müharibə fəlsəfəsinin əsasını təşkil edir.

"Belə görünür ki, Prezident Cozef Bayden İran rəhbərliyinə qarşı əməliyyat keçirməzdən öncə ayətullahlara sonuncu dəfə xəbərdarlıq etmək istəyib. Postsovet məkanında münasibətlər sistemi Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başladığı 24 fevral 2022-ci ildən əvvəlki tarixə olan vəziyyətə qayıtmayacağı kimi, Yaxın Şərqdə də geosiyasi vəziyyət HƏMAS-ın İsrailə qarşı 7 oktyabrda həyata keçirdiyi qanlı terror hücumundan əvvəlki vəziyyətə qayıtmayacaq. Çox böyük ehtimalla, Yaxın Şərqdə baş verən proseslərin sonunda Livan, Suriya, İraq parçalanacaq, İranda isə mərkəzdənqaçma prosesi başlayacaq”, - o qeyd edib.

X.Cəfərli hesab edir ki, Azərbaycanın səhv etməyə, təsirə düşməyə haqqı yoxdur. "Əks halda, Azərbaycan Respublikasından iki-üç dəfə böyük tarixi torpaqlarımızı Güney Azərbaycanda itirə bilərik”, -politoloq vurğulayıb.

"AzPolitika.info”




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook