SON XƏBƏR

Bayden ABŞ üçün ən təhlükəli terror təhdidindən danışdı

Aprel 29
14:46 2021
Ağ irqin üstün olması ideyasını dəstəkləyənlərin terror təhdidi ABŞ üçün ən təhlükəlisidir. 

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden bu gün ABŞ Konqresinin hər iki palatasının üzvləri qarşısında çıxışı zamanı danışıb.

"Kəşfiyyat xidmətimiz tərəfindən müəyyənləşdirilənləri görməməzlikdən gəlmirik - hal-hazırda ölkə üçün ən ölümcül terror təhlükəsi ağ iqrin üstünlüyü terrorizmindən qaynaqlanır", - o deyib.

Bayden ABŞ-ın Amerika cəmiyyətindəki sistematik irqçilik problemini ortadan qaldırmağa qadir olduğunu əlavə edib. Cəmiyyətdəki dəyişikliyə səbəb Afro-amerikalı Corc Floydun öldürülməsi və andlılar məhkəməsinin heyəti tərəfindən onun ölümündə təqsirli bilinən polis məmurunun bu yaxınlarda ittiham edilməsinə işarə edib.

Amerika liderinin fikrincə, ABŞ cinayət məcəlləsi sistemindəki irqçilik problemini həll etməli və polisi islah etməlidir.

Xatırladaq ki, bir qədər əvvəl Minneapolis məhkəməsinin andlıları keçmiş polis Derek Şovini hər üç maddə üzrə təqsirli bildiyi məlum olub. İndi onu 40 ilə qədər həbs cəzası gözləyir. Hökm iki aya veriləcək.

Şovin həbs edilərkən Corc Floydu öldürməkdə günahlandırılıb. 2020-ci ilin may ayında baş verən hadisə geniş ictimai etirazlara səbəb olub, polis zorakılığı və qaradərililərə qarşı ayrıseçkiliyə qarşı kütləvi etirazlar baş qaldırıb.

Baydenə görə, andlıların afroamerikalı Corc Floyd qətliylə bağlı verdiyi hökm Amerikada ədalət yolunda irəliyə doğru vacib bir addımdır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook