SON XƏBƏR

Baş rejissor şəhid qızını təhqir etdi: "İndiyə 20 Yanvar qalar?" - FOTOLAR

Aprel 05
15:39 2025
Azərbaycan Dövlət Akademik Milli Dram teatrınında qalmaqallar səngimək bilmir. Bu dəfə isə Əməkdar artist Məsmə Aslanqızı 20 Yanvar şəhidi  olan atasına qarşı olan hörmətsizliyi qəbul edə bilmir. Belə ki, aktrisa teatrın baş rejissoru Mehriban Ələkbərzadənin onun şəhid atası haqqında səsləndirdiyi ifadəni sosial şəbəkədə paylaşıb. 
 
Moderator.az aktrisanın paylaşdığı şərhi təqdim edir: 
 
"Son günlər doğma teatrımda baş verən söz-söhbətlərə susmağım laqeyd münasibətimdən irəli gəlir. Əziz həmkarlarımın müsahibələrinə yazılan şərhlərdə adımın hallanması "Şəhid atası təhqir olunmuş Məsmə niyə susur? kimi yazılar, təbii ki, mənə xoş təsir bağışlamır. Bəli, acı da olsa bu bir həqiqətdir: Mehriban Xanlarovanın mənim haqqımda paylaşdığı məlumat doğrudur ("Aaz, 20 Yanvar var?  Qurtarıb 20 Yanvar söhbəti! 20 Yanvar şəhidləri dəbdə deyil."!- Müəllif: Mehriban Ələkbərzadə)
 
Bu sözlər deyildiyini inkar etsəm, nəinki atamın ruhu, həm də 1990-cı il 20 Yanvarda Bakıda, 25 Yanvarda Neftçalada, 26 Yanvar Lənkəranda şəhid olmuş 150-dən çox insanın ruhu, 20 yanvarda şəhid ailələri məni bağışlamaz...."
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook