SON XƏBƏR

Baş redaktor Rövnəq Abdullayevi cinayətdə ittiham etdi

Fevral 03
09:42 2016
Dünən səhər saatlarında Savash.org informasiya agentliyi haker hücümüna məruz qalıb. Bu barədə Dosye.org-a saytın baş redaktoru Zülfuqar Savaş məlumat verib.
 
Baş redaktorun dediyinə görə saytda Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə bağlı yazılar onu bərk qıcıqlandırıb. Elə bu səbəbdən Rövnəq Abdullayev bütün vasitələrdən istifadə edərək saytları bu yolla susdurmaq fikrinə düşüb.
 
Digər bir məlumatda isə vurğulanır ki, R. Abdullayev ölkədə bir neçə sayta bağlanmaq əmri verib. Görünür, Neft Şirkətinin prezidenti ölkədə və ölkə xaricində fəaliyyət göstərən hakerlərdən lazımınca istifadə edir.
 
Son məlumatlara görə, Savash.org saytı fəaliyyətini müvəffəqəti dayandırıb. Etiraf edək ki, belə bir qurumun rəhbərinin adı ucuz məsələlərdə hallanmaqla yanaşı, söz azadlığına qarşı hücüm kimi dəyərləndirilir. İnana bilməzdik ki, faktlara əsaslanan yazılara tab gətirə bilməyən Rövnəq Abdullayev ən son metodlardan istifadə edir. Məsələnin ciddiliyini nəzərə alıb qarşı tərəfin mövqeyini dinləməyə cəhd etdik. Əfsüslar olsun ki, istər Neft Şirkətinin prezidenti R.Abdullayev istərsədə qurumun nümayindələri tərəfindən heç bir münasibət öyrənə bilmədik. Lakin Zülfuqar Savaşın bildirdiyinə görə növbəti dəfə bu cür hallar təkrarlanarsa məsələni hüquqi müstəvidə həll edəcəyini və birbaşa ölkə başçısına müraciət edəcək.
 
Qlobal.az
 
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook