Baş prokurorun müavini vəzifəsindən azad edildi
Mart 29
15:17
2016
Ukraynanın baş prokuroru öz müavini David Sakvarelidzeni vəzifəsindən azad edib.
Sakvarelidze korrupsiya ilə mübarizə və nəzarət idarəsində islahatlar aparılması işinə cavabdeh idi.
Baş prokuror Viktor Şokinin imzaladığı əmrdə Sakvarelidzeinin işdən çıxarılmasının, nəzarət idarəsi strukturunun Ukrayna qanunvericiliyinə uyğunlaşdırılması məqsədilə edildiyi qeyd olunub.
Şokin Sakvarelidzeni "prokuror etikası qaydalarının kobud pozuilması” və "digər prokurorun xidməti fəaliyyətinə qarışması” hərəkətlərinə görə cavabdehliyə cəlb edib.
David Sakvarelidze "prokurorların brilyant işi” adı almış istintaqa nəzarət edirdi.
2015-ci ilin iyul ayında prokurorluğun Ukrayna Təhlükəsizlik Xidməti korrupsiyada ittiham olunmuş yüksək rütbəli 2 əməkdaşını saxlamışdı.Axtarış zamanı onlarda iri məbləğdə pul, silah və 65 brilyant daş aşkar olunmuşdu.
"Brilyant prokurorlar”ın işi məhkəməyə yanvar ayının əvvəlində göndərilib.
Bundan əvvəl Sakvarelidze mətbuata bildirmişdi ki, Ukrayna baş prokurorluq orqanlarında ona və onun komandasına işləmək imkanı verilmir.
Gürcüstan əsilli David Sakvarelidze Ukraynadan vətəndaşlıq alaraq 2015-ci ilin fevral ayından baş prokurorun müavini vəzifəsində çalışıb.Sakvarelidzeinin iddiasına görə, Viktor Şokin ondan qisas alır.
Bazar ertəsi Kiyevdə Şokinin baş prokuror vəzifəsindən istefaya göndərilməsi tələbilə mitinq keçirilib.
Bu məsələyə yaxın zamanlarda Ali Rada tərəfindən baxıla bilər. (BBC azeri)
Qlobal.az



