SON XƏBƏR

Baş Prokurorluq keçmiş deputatla bağlı araşdırmaya başladı

Yanvar 07
14:53 2022
Sabiq deputat, "Ştutqart" şirkətinin sahibi Nəriman Əliyevin ağacları kəsdirməsi faktı ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edilib ki, Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 10C ünvanında ağacların kəsilməsi faktı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan materiallar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılır: "Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook