Baş Prokurorluq iki xəbər saytına xəbərdarlıq edib
Aprel 01
11:53
2022
Baş Prokurorluq iki xəbər saytına xəbərdarlıq edib.
Bu barədə qurumun Mətbuat Xidmətindən məlumat verilib.
"Baş Prokurorluq tərəfindən dəfələrlə media nümayəndələrinə müraciət edilərək təhrif olunan, rəsmi dövlət qurumları ilə dəqiqləşdirilməmiş məlumatların yayılmaması xahiş olunsa da, təəssüf ki, bəzi media subyektləri tərəfindən peşəkar jurnalistika fəaliyyətinə riayət edilmədən bu növ məlumatlar yayılmaqdadır.
Belə ki, 31.03.2022-ci il tarixdə "gazet.az” və "manset.az” media subyektləri tərəfindən Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbəsində yerləşən 3 saylı tam orta məktəb binasının uçması nəticəsində 20-dən artıq şəxsin ölməsi və çoxlu sayda yaralıların olması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılmış, bununla da "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, eləcə də "Media haqqında” Azərbaycan Respublikası Qanunlarının tələbləri pozulub.