SON XƏBƏR
  • "Vüsal 300" ev dustaqlığına buraxıldıBir müddət əvvəl həbs edilən "Vüsal 300" kimi tanınan iş adamı Abbasov Vüsal Şirvan oğlu ev dustaqlığına buraxılıb. "Report"un əldə etdiyi xəbərə görə, bu barədə Xətai rayon Məhkəməsi qərar verib. ..
  • Əlisəmid Kür vəfat etdiŞair Əlisəmid Kür (Cəfərli) vəfat edib. Bu barədə APA-ya şairin ailə üzvləri məlumat veriblər. Ailəsinin bildirdiyinə görə, o, bu gün yaşadığı evdə dünyasını dəyişib. Qeyd edək ki, səhhətində..
  • Şərurlu İsfəndiyar kabinetində gizli çəkiliş edib - VİDEOMəşhur iş adamı şərurlu İsfəndiyarla bağlı qalmaqallı iddia ortaya atılıb. Qlobal.az xəbər verir ki, onun APA TV-nin əməkdaşlarını gizli şəkildə çəkərək kanalı təhdid etdiyi bildirilib. İddiaya ..
  • Nizami rayonunda ağacı hasarlayaraq MİS-ə anbar tikilib - VİDEOBakının Nizami rayonu, Nəsimi küçəsi 37 ünvanında ağacı hasara alaraq anbar tikiblər. Əvvəlcə ağacın ətrafını armaturla toxuyub, sonra daşla hörüblər. Xezerxeber.az-ın məlumatına görə, bununla b..
  • "Qarabağ" klubu dünya reytinqində daha 14 pillə irəliləyib"Qarabağ" klubu dünya reytinqində daha 14 pillə irəliləyib. Bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb. 171 xalı olan Azərbaycan ..
  • Fransanın Baş naziri yeni hökuməti formalaşdırıbFransanın Baş naziri Sebastyen Lekornyu yeni hökuməti formalaşdırıb. "Report"un xəbərinə görə, bu barədə BFMTV telekanalı Yelisey sarayına istinadən məlumat yayıb. Jan-Noel Barrot xarici işl..
  • "İsraili təhlükəsizlik sınaqları gözləyir" - Netanyahuİsrail hələ də təhlükəsizlik sınaqları ilə üzləşir, bəzi düşmənləri yenidən hücum etmək üçün bərpa olunmağa çalışırlar. "Report"un xəbərinə görə, yəhudi dövlətinin Baş naziri Binyamin Netanyahu ..
  • Azərbaycanlı pianoçu Londonda solo konsertlə çıxış etdiBeynəlxalq müsabiqələr laureatı və Prezident təqaüdçüsü Vüsalə Babayeva London Transport Muzeyində növbəti dəfə solo konsert proqramı ilə çıxış edib. AZƏRTAC xəbər verir ki, Vüsalə Babayeva konsert..
  • Rəsul Quliyevin ailəsi 30 ildən sonra Bakıda (FOTO)Milli Məclisin sabiq sədri Rəsul Quliyevin ailəsi 30 ildən sonra ilk dəfə Bakıya gəlib. "Qafqazinfo” xəbər verir ki, bu barədə sabiq spikerin qızı Xanım Hənna feysbuk hesabında məlumat yayıb. O ..
  • Prezident Misirə getdiPrezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün oktyabrın 12-də Misirə işgüzar səfərə gəlib. ..

Baş Prokurorluq beş şirkətin vəzifəli şəxsləri barəsində cinayət işi başlayıb - SİYAHI

Fevral 21
14:05 2025
Əmək hüquqlarının pozulması halları barədə vətəndaşlardan daxil olmuş müraciətlər əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Araşdırma zamanı "Vabiss” MMC-nin vəzifəli şəxsi tərəfindən əmək müqaviləsi olmadan xeyli sayda işçinin işə cəlb edilməklə, əmək haqlarının, həmçinin əmək müqaviləsi bağlanacağı təqdirdə ödəməli olduğu vergilər, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi, "HRH Construction2024” MMC-nin vəzifəli şəxsi tərəfindən işçilərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Bundan başqa "İnşaat Konstruksiyaları” MMC, "LABSTYLE” MMC və "Koray Kılıç Mekanik İnşaat” MMC-nin vəzifəli şəxsləri tərəfindən işçilərinə əmək haqqı və son haqq-hesabın ödənilməməsi nəticəsində əmək haqqının hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilməsi müəyyən olunub.

Qeyd edilən faktlar üzrə Cinayət Məcəlləsinin 162-1.1 (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün Nəsimi rayon prokurorluğuna göndərilib, həmçinin İnzibati Xətalar Məcəlləsinin 192.1 (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) və 192.4-cü (işçinin əmək haqqının ödənilməsində qanun pozuntularına yol verilməsi) maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə və Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilib.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook