Baş prokuror Tariyel Qurbanovu vəzifəsindən azad edib
Mart 14
20:09
2022
Prokuror Tariyel Qurbanov işdən çıxarılıb.
"Report” xəbər verir ki, bununla bağlı Baş Prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Tariyel Qurbanov Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifəsindən azad edilib.
Baş Prokurorluqdan "Report"a faktı təsdiqləyiblər.
Qlobal.az



