SON XƏBƏR

Baş pediatr: Bu əlamətlər uşaqlarda koronavirus göstəricisidir

Avqust 12
12:44 2021
Uşaqlar peyvəndlənmədiyi üçün risk qrupuna daxildirlər. 

Bunu ARB24-ün "Gündəm" verilişinə açıqlamasında Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov deyib.  

"Bütün dünyada peyvəndlərin tətbiqi böyüklərə şamil edildi. Buna görə də, böyüklər daha az xəstələnməyə, uşaqlarda isə bu xəstəlik görünməyə başladı. Lakin fəsadlar və şikayətlərə baxdığımız zaman uşaqlar böyüklərdən fərqli olaraq xəstəliyi daha yüngül keçirirlər. Təxminən uşaqların 84-85 faizi xəstəliyi ya yüngül, ya da simptomsuz keçirir. Amma bu, hər zaman belə olmur. Uşaqlarda qızdırma, öskürək, mədə-bağırsaq pozuntularını müşahidə edə bilərik",- deyə o bildirib. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook