SON XƏBƏR

Baş nazirin müavini: "Azərbaycan Çexiya ilə əməkdaşlığın inkişafına böyük önəm verir"

Oktyabr 29
07:47 2019
Çexiyanın Azərbaycanla əməkdaşlığı gələcəkdə yalnız inkişafda olacaq.

"Report" xəbər verir ki, bu sözləri Çexiyanın Azərbaycandakı səfiri Milan Ekert Çexiyanın müstəqillik Gününə həsr olunmuş tədbirdə bildirib.

Səfir qeyd edib ki, münasibətlərdə müsbət dinamika parlament səviyyəsində qarşılıqlı səfərlərə şərait yaradır.

"Müəyyən fasilədən sonra hökumətlərarası komissiyanın iclasının yenidən keçirilməsi iqtisadi sahədə əməkdaşlığımızın keyfiyyətini yeni səviyyəyə qaldıracaq. Çexiya Azərbaycan iqtisadiyyatının modernləşdirilməsi layihələrində iştirakını davam etdirəcək", - deyə səfir qeyd edib.

Milan Ekertin sözlərinə görə, Çexiya Azərbaycanla humanitar və təhsil sahələrində əməkdaşlığa maraqlıdır.

Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov öz növbəsində, Çexiya xalqını bayram münasibətilə təbrik edib. O, vurğulayıb ki, Azərbaycan Çexiya ilə bütün sahələr üzrə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir.

"Əminliklə demək olar ki, ölkələrimiz arasında qarşılıqlı əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Prezident İlham Əliyevin Çexiyaya və Miloş Zemanın Azərbaycana səfərləri münasibətlərin, ikitərəfli siyasi əməkdaşlığın yüksək səviyyəsinin göstəricisidir", - baş nazirin birinci müavini deyib.

O, qeyd edib ki, Azərbaycan Çexiyanın respublikamızdakı səfirliyinin ikitərəfli əməkdaşlığın möhkəmlənməsi istiqamətində fəaliyyətini yüksək qiymətləndirir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook