Baş nazir: "Şengen zonasını özümüz məhv edərik"
Yanvar 22
22:03
2016
Macarıstanın Baş naziri Viktor Orban Bolqarıstan və Makedoniyanı Yunanıstanla sərhəddə hasar tikməyə çağırıb.
Axar.az xəbər verir ki, Baş nazir bu yolla sözügedən ölkələrə miqrant axının qarşısını almağın mümkün olacağını açıqlayıb:
"Avropa ölkələri nəyin bahasına olursa olsun, sərhədlərini qoruyaq Avropa İttifaqı daxilində hərəkət azadlığını saxlamalıdır.
Əgər miqrasiya böhranı öz həll yolunu tapmasa, Şengen zonasını biz özümüz məhv edəcəyik”.



