SON XƏBƏR

Baş nazir polkovnikə "Lexus" hədiyyə edib? - Açıqlama

İyun 26
17:38 2021
Bu gün mətbuatda dərc olunan məlumata görə Baş nazir Əli Əsədov Şuşanın azadlığı uğrunda aparılmış döyüşlərin fəal iştirakçısı Tehran Mənsimova lüks avtomobil hədiyyə edib.

Məlumata deyilirdi ki, Ə.Əsədov T.Mənsimova son model "Lexsus” markalı bahalı maşın bağışlayıb. Baş nazir bu addımı T.Mənsimovun İkinci Qarabağ döyüşlərində göstərdiyi şücaətinə görə atıb.

Qlobal.az xəbər verir ki, veteninfo.az saytına açıqlama verən Tehran Mənsimov bildirib ki, yayılan məlumatın heç bir əsası yoxdur və ona hansısa avtomobil bağışlanmayıb:

"Bu məlumatı hardan alıblar, bilmirəm. Amma onu bilirəm ki, belə bir yalanla haqqımda olmayan bir informasiya yaymaqla məni çox ciddi rahatsız etmiş oldular. Biz Vətən yoldunda bir əsgər olaraq, bir döyüşçü olaraq borcumuzu yerinə yetirmişik. Bu, hər bir Azərbaycan oğlunun, Azərbaycan əsgərinin müqəddəs borcudur. Ona görə də belə xəbərlərlə adımızın hallanması doğru deyil”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook