SON XƏBƏR

Baş həkim direktor təyin edildi

Aprel 05
11:01 2025
Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bununla bağlı TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanov əmr imzalayıb.

Vüqar Qurbanov müvafiq əmri ilə Əhmədov Asif Rza oğlu 3 aylıq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin edilib. 

Bundan əvvəl Asif Əhmədov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi olub. O, bu vəzifəsini də icra edəcək. 

Qeyd edək ki, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının direktoru Məmmədtağı Əhmədov ötən ayın 18-də vəzifəsindən azad edilib. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook