Baş epidemioloqdan ŞOK AÇIQLAMA - "Heç nədən xəbərim yoxdur" (AUDİO)
İyul 02
18:01
2020
Ölkənin koronavirus pandemiyası ilə mübarizə apardığı zamanda Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev jurnalistlərin suallarını cavabsız qoyur.
Unikal.org-un əməkdaşı növbəti dəfə baş epidemioloqla əlaqə saxlamağa çalışıb.
İ.Ağayev hazırda paytaxtda deyil, rayonda olduğunu bildirib:
Unikal.org-un əməkdaşı növbəti dəfə baş epidemioloqla əlaqə saxlamağa çalışıb.
İ.Ağayev hazırda paytaxtda deyil, rayonda olduğunu bildirib:
"Mən Bakıda deyiləm, rayondayam. Heç nədən də xəbərim yoxdur. Kənddə oturmuşam. Nə televizorum, nə də internetim var. Mən baş epidemioloq olanda nə olar? Mən də adamam da. Mənim də rayonda qohumum, əqrəbam var. Siz Səhiyyə Nazirliyinə, TƏBİB-ə zəng edin”.